QəRİb məMMƏdov mahmud xəLİlov


Qəbələ rayonunun subalp zonasında yarğan eroziyası



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1051/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1047   1048   1049   1050   1051   1052   1053   1054   ...   1096
Qəbələ rayonunun subalp zonasında yarğan eroziyası 

 

YARĞAN VƏ QOBUQORUYUCU MEŞƏ ZOLAQLARI – qobu 

və yarğanlar boyu eroziyanın inkişafını dayandırmaq məqsədilə salınan 

meşəliklər. Bu zolaqlar torpağı  bərkidir, onun yuyulmasının qarşısını 

alır, səthi axını torpaqaltı axına keçirir, mikroiqlimi yaxşılaşdırır, 

torpaqdan səmərəli istifadə olunmasına şərait yaradır. Əkin üçün həmin 

regiona davamlı  ağac və kollardan istifadə edilir. Yarğanın yanındakı 

cərgələrdə kökdən pöhrə verən ağac və kollardan istifadə olunması 

məsələhət görülür (gilənar, göyəm, çaytikanı, gərməşov, qovaq, aka-

siya), kollar əsasən kənar cərgələrdə əkilir. 

YARIMADA üç tərəfdən su ilə əhatələnən, bir tərəfdən isə mate-

rik və ya adaya birləşən quru hissəsi. Y-ların əksəriyyəti birləşdiyi qu-

runun davamını təşkil edir. Belə Y-lar materiklə ümumi geoloji quruluşu 

və səth xüsusiyyətinə görə yaxın olur. (məs., Avropada Balkan, Asiyada 

Hind-Çin, Şimali Amerikada Alyaska, Afrikada Somali, Azərbaycanda 

Abşeron Y.-ları). Y. həmçinin müstəqil quru parçasının və ya adanın 

sonradan materikə birləşməsindən də  əmələ  gələ bilir (məs., Avropada 

Krım, Asiyada Hindistan və Kamçatka, Azərbaycanda Sarı Y.-ları). 

Dünyada ən iri Y. Ərəbistan Y.-sıdır. 

YARIMKOLCUQ – alçaqboylu kolcuq, hər il yerüstü zoğların çox 

hissəsi məhv olur, yalnız ağaclaşmış kökümsov tumurcuqlar qalır (bəzi 

yovşan növləri, kəvər, kəkotu, dəvəayağı və s.). 

YARIMKOLLAR  – zoğunun yuxarı (otşəkilli) hissəsi vegetasiya 

dövrünün axırında quruyub məhv olan, aşağı (odunlaşmış) hissəsində 




 

487 


 

mühafizə olunan tumurcuqlar hesabına yerüstü hissəsi hər il təzələnən 

çoxillik bitkilər, hündürlüyü adətən 1 m-dək, bəzən 150-200 sm olur. Y-

a yovşan, gəvən, şorangələr və s. daxildir. 



YARIMPARAZİT – qarışıq qidalanan bitki-avtotrof (normal inkişaf 

etmiş yarpaqların köməyi ilə) və hetorotrof (sorucular vastəsilə sahib 

bitkidən qida maddələrini çəkir). Məs. öksəotu, pərinc və s.). 

YARIMSƏHRA  – yerin əsas landşaft tiplərindən biridir. Y. 

mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə savanna landşaftı 

arasında keçid zolaqları  təşkil edir. Y.-nın başlıca cəhəti bütöv bitki 

örtüyü olmaması və ayrı-ayrı bitki olan sahələrin çılpaqlaşmış torpaqlar 

ilə ayrılması, habelə buxarlanmanın yağıntıdan xeyli üstünlüyü (3-6 

dəfə) və çay şəbəkəsinin çox seyrək olmasıdır. Azərbaycanda Y. 

landşaftı geniş yer tutur. (Kür-Araz ovalığının çox hissəsi, Samur-

Dəvəçi ovalığının çoxu, Arazboyu düzənliklər, Qobustan, Abşeron 

yarımadası və s.). 

Y.-lardan əsasən təbii otlaq kimi istifadə olunur, əkinçilik yalnız su-

varma şəraitində aparılır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1047   1048   1049   1050   1051   1052   1053   1054   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin