BİOSENOZUN SƏRHƏDLƏRİ – bir növün və ya bir növ qrupu-
nun dominantlığı qurtaran, digər növlərin dominantlığı başlandığı xətt
və ya zolaq.
BİOSENOZUN TİPİ – bax: assosiasiya.
BİOSFER (bio və yun. Spharia -kürə) (Vernadskiy), ekosfer (bir
sıra qərb tədqiqatçıları), biosfer (Dılis) – yer kürəsində canlı həyatın
yayıldığı sahə. B-ə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km),
litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km)
və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin
ümumi qalınlığı 40 km-ə çata bilər. B. digər geosferlərdən ən yüksək
kimyəvi çevrilmələr getməsilə fərqlənir. B. haqda təlimin banisi
V.İ.Vernadskinin fikrincə B.-in maddəsi müxtəlif, lakin geoloji
cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə,
radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil
və biatil maddə) ibarətdir. Müasir B. planetimizdə həyat yaranandan
sonra uzun müddətli təkamülün nəticəsidir.
Dostları ilə paylaş: |