BİOSFER TƏZAHÜRÜNÜN ÖLÇÜSÜ – kəmiyyət
göstəricilərinin dəyişkənliyinin yol verilən intervalı, bu zaman o özünün
başlanğıc keyfiyyət müəyyənliyini saxlayır.
BİOSFERƏ ANTROPOGEN TƏSİR – texnoloji məhsullara, ra-
dioaktiv maddəllərlə çirklənmə nəticəsində, atmosferin, çay, dəniz və
okeanların tərkibi və rejiminin dəyişilməsi, onların bir çoxunun, o
cümlədən ən məhsuldar tropik meşələrin tamamilə yox edilməsi.
Təkamül məhsullarının – bir sıra heyvan və bitki növlərinin, onların
birgə yaşayan mürəkkəb sisteminin, yəni biosenozların məhv edilməsi.
Bir çox regionlarda, o cümlədən Azərbaycanda (Xəzər dənizi, Sumqayıt
şəhəri, tuqay meşələri və s.) bu hadisələr təbii fəlakət xarakteri daşıyır.
Dostları ilə paylaş: |