QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə140/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   136   137   138   139   140   141   142   143   ...   1096
BİOSFERİN MƏHSULDARLIĞI  – Bir il ərzində onun 

biokütləsinin ümumi artımı. Son hesablamalara görə (Uitteker, 1980) 

illik (ilk) bitki məhsulu (quru kütlə) 170 

⋅ 10


9

 t olub 300-500 

⋅ 10

2

 C 



ener. ibarətdir. Bu miqdarın quru fitosenozlarının payına 117 

⋅ 10


9

 t 


düşür. Onun böyük hissəsi (74

⋅ 10


9

) meşələr (xüsusilə tropik zonanın) 

verir. Heyvanların illik məhsulu(ikinci) quruda 909 

⋅ 10


6

 t, cəmi 3934 

⋅ 

10

6



 t təşkil edir. 

BİOSFERİN SABİTLİYİ  – biosferin xarici (kosmik) və daxili 

təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə 

bilməsi. 

BİOSFERİN STABİLLİYİ – biosferin bufer həcmi – biosferin xa-

rici (kosmik) və daxili, o cümlədən antropogen təsirlərə qarşı davamlığı. 

Elmi-texniki inqilab dövründə B.s. güclü pozulmağa məruz qalır və eko-

loji fəlakətlə üzləşə bilər, onun qarşısı yalnız bütün bəşəriyyətin ümumi 

gücü ilə alına bilər. 

BİOSESTON – suda asılı vəziyyətdə olan canlı orqanizmlərin (bak-

teriyalar, birhüceyrəli yosunlar, ibtidailər və s.) cəmi. 



BİOSİD – 1) Bütün varlığı (canlıları) məhv edə bilən maddə; 2) 

Geniş ərazilərdə canlıları məhv etmək (məs., hərbi məqsədlə). 



BİOSİKL  – 1) biosferin ən iri ekoloji hissəsi. Aşağıdakı B.-lər 

ayrılır; dəniz, estuari (liman) və daxili su hövzələri. Hər bir B. tərki-

bində çoxlu miqdarda biotoplar olan bioxorlara bölünür. Məs., qum, gil 

və daşlı səhralar biotopları səhra bioxorunda birləşir, onlar da meşə, çöl 

və s. bioxorları ilə birlikdə qurunun B.-ni təşkil edir. 2) orqanizm 

inkişafının faza və mərhələlərinin dəyişilməsi qanunauyğunluqları. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin