ətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz,
63
fındıq və s. bitkilərə böyük zərər vurur.
BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) –
yer səthində bitki
növləri və onların digər taksonomik kateqoriyalarının yayılması
qanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c.
sahələrinə bölünür.
BİTKİ DOMİNANTLARI – bitki qruplaşmalarında (fitosenozlar-
da) və ya biosenozların əsas qatlarında üstünlük, yəni dominantlıq edən
bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edən növlər subdominantlar,
əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkil edən növlər isə kondo-
minantlar adlanır. Bir çox bitki qruplaşmalarında (o cümlədən meşədə)
əsas yarusda mütləq üstünlük təşkil edən dominantı ayırmaq çətin olur.
Belə fitosenozlar polidominant fitosenoz adlanır. Bir növ üstünlük təşkil
edən isə monodominant fitosenoz adlanır. Fitosenozların təsnifatı domi-
nantlara görə verilir.
Dostları ilə paylaş: