QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə151/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   147   148   149   150   151   152   153   154   ...   1096
BİTKİ QRUPLAŞMASI  bir-biri ilə, eləcə  də mühitin biotik və 

abiotik komponentləri ilə mürəkkəb qarşılıqlı  əlaqədə olan avtotrof və 

heterotrof bitkilərin məcmusu (müəyyən sahədə). 



 

64 


 

BİTKİ MORFOLOGİYASI, FİTOMORFOLOGİYA – bitkilərin 

xarici və daxili quruluşunu, fərdi (ontogenez) və təkamül-tarixi (filoge-

nez) inkişafında forma əmələ  gəlməsi qanunauyğunluqlarını öyrənən 

elm. B.m. taksonomiyanın tərkibində  və seleksiyada istifadə edilir. O, 

bitkiçilik, bağçılıq, üzümçülük və s. elmi-təcrübi sahələrdə  də  tətbiq 

olunur. 


BİTKİ MÜHAFİZƏSİ  – müxtəlif kənd təsərrüfatı  və meşə 

ziyanvericilərinə qarşı yönəldilən kompleks (aqrotexniki, bioloji və 

kimyəvi xarakterli, məs. pestisidlərdən istifadə) tədbirlər kompleksi. 

BİTKİ ÖRTÜYÜ, BİTKİLİK  – Yer kürəsində, yaxud onun 

müəyyən hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki 

qruplaşmalarının (fitosenozların) məcmusu. Bitki növlərinin yayılmasını 

tədqiq edən floradan fərqli olaraq B.ö. bitkilərin müəyyən sahədə örtük 

yaratması ilə səciyyələnir. Yer kürəsində zonallıq qanununa uyğun ola-

raq, ekvatordan qütblərə doğru iqlim, torpaq və s. amillərin 

dəyişilməsinə müvafiq olaraq B.ö. də dəyişir. (tundra, tayqa, meşə-çöl

səhra). Dağlıq zonada B.ö. tiplərinin yayılması şaquli zonallıq qanununa 

tabedir. Müxtəlif təsnifatlarda su, mezofit, kserofit, qalofit bitki örtüyü

ağac, ot, kol bitki örtüyü ayrılır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin