BİTKİ VƏ ONUN ORQANLARININ SƏTHİ – bitki
qruplaşmalarını və populyasiyalarını səciyyələndirən mühüm göstərici.
Birhüceyrəli orqanizmlərdə bitki ilə mühit arasında maddələr
mübadiləsi aparan fəaliyyətdə olan səthlərin-assimilyasiya (yarpaq və
yaşıl budaqların) və adsorbsiya (köklərin fəaliyyətdə olan hissəsi)
səthlərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaruslarda yar-
paqla örtülmə faizinin təyin edilməsi də müəyyən əhəmiyyətə malikdir.
BİTKİ ZƏRƏRVERİCİLƏRİ – bitkiləri zədələyən və ya onları
məhv edən heyvanlar. Kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran
gəmiricilər və həşəratlardan kəpənəkləri (payız sovkası, kələm kəpənəyi
və s.) və böcəkləri göstərmək olar. Bitkiyeyən gənələr, sap qurdlar,
qarınayaqlı molyuskalar və bəzi quşlar da kənd təsərrüfatı bitkilərinə
zərər verir.
BİTKİLƏR – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan
və hüceyrələri bir qayda olaraq sellülozdan ibarət sıx qılaflı canlı
orqanizmlər. Yer Kürəsində 500 min növ bitki yayılmışdır ki, bunun
200-250 min növü çiçəkli B.-dir.
B. ibtidai və ali B.-ə bölünür. İbtidai bitkilər bədənlərində vəzifə
bölgüsü getməmiş orqanizmlərdir. Ali bitkilərdə isə toxuma və
hüceyrələr arasında vəzifə bölgüsü getmişdir. Ali B. kök, gövdə və yar-
paqlardan ibarətdir. İbtidai B. bakteriyalar, yosunlar, göbələklər,
şibyələr, ali B. isə mamırkimilər, qıjıkimilər, çılpaqtoxumlular,
örtülütoxumlular tipinə (şöbəsinə) ayrılır.
Dostları ilə paylaş: |