BİTKİ VƏ HEYVANIN YAŞI – onların fərdlərinin yaşama
müddəti. Bitkilərdə xüsusi, ümumi,orta və həd yaş ayrılır. Cücərmə
dövründən indiyə kimi olan yaş xüsusi yaş adlanır. Vegetativ yolla artan
bitkilərdə ümumi yaş təyin olunur. O, ana bitkinin və pöhrənin xüsusi
yaşının cəminə bərabər olur. Ağac və kol bitkilərinin yaşı onların kötük
kəsimlərində olan illik həlqələrinin sayı ilə hesablanır. Otların yaşı
onların uzun müddət böyüməsini müşahidə etməklə təyin edilir.
Qaraçöhrə, çinar ağacları 1000 ildən artıq ömür sürür. Heyvanlarda
xüsusi, orta və həd yaş ayrılır. Növün sistematik vəziyyəti və
morfologiyasından asılı olaraq olduqca çoxlu üsullardan istifadə olunur.
Nərə və keçəl kərkəs balıqları 100 ildən artıq, fil tısbağası 150 ildən
artıq, naqqa balığı isə 300 ildən artıq yaşayır.
Dostları ilə paylaş: |