BİTKİ XƏSTƏLİKLƏRİ – xəstəlik törədiciləri və əlverişsiz mühit
şəraiti kimi müxtəlif təsirli səbəblərin nəticəsində baş verən pataloji hal.
B.x. bitkilərin quruluşunun, funksiyalarının (fotosintez, tənəffüs, su
cərəyanı, qida maddələri) pozulması zamanı baş verir və orqanizmin
vaxtından əvvəl məhvinə və ya onun ayrı-ayrı orqanlarının
zədələnməsinə səbəb olur. 30 mindən çox müxtəlif B.x. məlumdur. B.x.
kənd və meşə təsərrüfatına böyük zərər vurur. B.x. məhsulun
keyfiyyətini, toxumun cücərmə qabiliyyətini aşağı salır və s. B.x-ni
öyrənən və onlara qarşı mübarizə tədbirləri hazırlayan elm fitopatolo-
giya adlanır.
Dostları ilə paylaş: |