BİRİLLİK BİTKİLƏR – həyatını bir vegetasiya dövründə (adətən
2-5 aya) başa vuran bitkilər. B.b.-in toxumu yazda və ya yayda cücərir,
bitki payızda toxum verib, məhv olur. B.b.-ə kətan, qarabaşaq, yazlıq
buğda, yulafca, əkin qərənfili və s. daxildir. Öz inkişafını daha tez (1-2,5
aya) başa vuran B.b. efemerlər (erkən baharotu, şərq bozağı, xırda qa-
rayonca və s.) adlanır. Əlverişsiz şəraitdə öz həyatını bir il ərzində ta-
mamlaya bilməyən bəzi B.b. çoxilliklərə çevrilir. (məs., Arktikada və
yüksək dağ şəraitində bitən qırtıc bitkisi).
Dostları ilə paylaş: |