BİOTİK AMİLLƏR – orqanizmlərə digər orqanizmlərin təsiri
(bitki və heyvanın bir-birilə və birinin digəri ilə əlaqəsi, yırtıcıların və
parazitlərin təsiri, yemlə təmin etmə və i.a.).
BİOTİK DÖVRAN – bax bioloji dövran.
BİOTİK ƏLAQƏ – biosenozda orqanizmlərin bir-birilərilə
əlaqələrinin müxtəlif formaları.
BİOTİK FAKTORLAR – orqanizmə təsir göstərən canlı təbii
faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər).
BİOTİK MÜHİT – canlı orqanizmlərin (heyvan, bitki,
mikroorqanizmlər) mühiti və onların təsiri (qarşılıqlı və abiotik mühitə).
BİOTİK POTENSİAL – növ populyasiyasının nəzəri maksimal
artması sürəti.
BİOTOKSİN – canlı orqanizmlərin ifraz etdiyi toksin.
BİOTOP, EKOTOP – eyni relyef, iqlim və digər abiotik amillərə
malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən
saldığı sahə. Aşağıdakı B.-ları ayırmaq olar: polipedon, yəni torpaq su-
dibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hi-
drotop, su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müx-
62
təlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. B. ter-
mini adətən ekoloqlar tərəfindən işlədilir.
BİOTROFLAR – digər orqanizmlərin bioloji kütləsi ilə qidalanan
orqanizmlər (yırtıcılar, parazitlər, simbiontlar).
Dostları ilə paylaş: |