BİOSİSTEMİN
İNFORMASİYASI
– bioloji sistemin
müxtəlifliyinin göstəricisi. Məs. populyasiyaların mürəkkəb cins, yaş,
sahə-etoloji, ölçü və s. strukturu olur; ekosistemlər çox saylı müxtəlif
mikroorqanizm növlərinin populyasiyalarından ibarətdir. Beləliklə, bio-
sistemin informasiya mənbəyi onun mütəşəkkilliyi sayılır.
BİOSPELEOLOGİYA, SPELEOBİOLOGİYA – mağaralarda
həyatı öyrənən elm. B-nın əsası ruminiya bioloqu E.Rakovise (1907)
tərəfindən qoyulmuşdur. O, mağaraların ekoloji şəraitinin
xüsusiyyətlərini və onların canlı orqanizmlərə təsiri, yeraltı biotaların
təkamül qanunauyğunluqlarını, mağara sakinlərinin çoxalması və
coğrafi yayılması və s. tədqiq etmişdir.
Dostları ilə paylaş: |