202
HOLOSEN – buzlaqlardan sonrakı epoxa-müasir geoloji epoxa. Ye-
rin geoloji tarixinin Antropogen dövrünün sonuncu, bitməmiş hissəsidir.
Təqr. 10 min il vaxtı əhatə edir.
HOMEOSTAZ – insan, heyvan və bitki orqanizminin əsas fizioloji
funksiyalarının davamlılığı və daxili mühitinin tərkib və xassələrinin
nisbi dinamik sabitliyi, insanda, quşlarda, məməlilərdə hidrogen ionları
konsentrasiyasının və qanın tərkibinin, osmotik təzyiqin, bədən tempe-
raturunun, qan təzyiqinin və s. funksiyaların sabitliyi H-a daxildir.
HOMOXROMİYA – heyvanlarda bədənin rəngi ətraf mühitin, o
cümlədən substratın rənginə uyğunluğu. Bəzi həşəratların (kəpənəklər),
balıq (kambala), suda-quruda yaşayanlar (qurbağa), quşlar, məməlilər
(qütb ayısı) və b. H. populyasiyalararası və populyasiyadaxili əlaqələrdə
böyük rol oynayır.
Dostları ilə paylaş: