MODİFİKATORLAR (lat. modifico - dəyişdirirəm) – orqanizmdə
struktur – funksional dəyişikliklərə səbəb olan ətraf mühit faktorları
(bəzi kimyəvi pestisidlər, ağır metallar və s.).
MOZAİKLİK (ital. Mosaico, Lat. misivum – muzalara ithaf
edilmiş) – botaniki ədəbiyyatlarda mozaiklik müxtəlif cür adlandırılır.
Məsələn: mikrofitosenoz (Lavrenko, 1959), mikroassosiasiya (Qro-
sheym, 1929), mikroqruplaşma (Yaroşenko, 1961). Bitkiliyi əmələ
gətirən xırda sahələr bitki örtüyünün quruluş xüsusiyyətlərinə görə
fərqlənir və mikrosenozlar əmələ gətirir. Fitosenozların eyni quruluşda
olması onların daha xırda quruluşda ayrılması mozaiklik adlanır. Mo-
zaikliyin olması müxtəlif səbəblərlə bağlıdır. İnsan fəaliyyətinin
nəticəsində də mozaiklik yarana bilir.
Dostları ilə paylaş: |