Bioloji monitorinq – təbii mühitin müşahidə elementi kimi onun
biotası götürülür.
Genetik monitorinq – bu monitorinqdə müxtəlif populyasiyaların
genetik əlamətləri müşahidə olunur.
Geofiziki monitorinq – bu monitorinqdə təbii mühit elementlərinin
bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır.
Beynəlxalq monitorinq – əraziləri eyni mənbədən eyni tipli
çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq.
Milli monitorinq – yalnız bir dövlətin çərçivəsində və marağında
həyata keçirilən monitorinq.
Ekoloji monitorinq – təbii mühitin müşahidə elementi kimi ekosis-
tem götürülür.
MONODOMİNANT EKOSİSTEM (yun. monos - bir) – bir pro-
dusent növündən ibarət ekosistem.
MONOFAQLAR – yalnız bir eyni bitki və ya heyvanın biokütləsi,
yaxud ölü kütləsi ilə qidalanan heyvanlar (orqanizmlər). Monofaqların
trofik əlaqələri olduqca davamlı olub əsasən dözümlü ekosistemlərdə, o
cümlədən səhra iqlimində yayılmışdır. Məs. ipəkqurdu yalnız tut
yarpağı ilə qidalanır.
MONOFİLİYA – müəyyən qrup orqanizmin ümumi əcdaddan
əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi.
Dostları ilə paylaş: |