314
dişi cinslər arasında əlaqə. Vəhşi qazlarda M. bir mövsüm,bəzi
ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən bir
mövsüm, meymunlarda isə bir neçə il davam edir.
MORENLƏR (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü
süxur qırıntılarıdır. M. iki qrupa bölünür: hərəkətdə olan M. və çökmüş
M. Dağ buzlaqlarında hərəkətdə olan M. üst, daxili və dib M.-nə
bölünür. Üst M. dərənin yamaclarında buzlağın üstünə tökülən süxur
qırıntılarıdır. Adətən üst M. buzlaq dilinin yanlarında toplanır və yan M.
adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan M.-i birləşib
aşağıda, buzlaq dilinin ortasında orta M. əmələ gətirir. Buzlağın üstünə
tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və
daxili M. əmələ gətirir.
Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış
qırıntılardan dib M. əmələ gəlir. Çökülmüş M. buzlaqlar çəkildikdən
sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş
moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında,
buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr
xüsusi yer tutur və onlar uc M. adlanır. Moren materiallarının qeyri-
bərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaq-
hündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi
və ya moren landşaftı deyilir.
Dostları ilə paylaş: