MONOKARP BİTKİLƏR – bir dəfə çiçək açıb, meyvə verdikdən
sonra məhv olan bitkilər. Bütün birillik və ikiillik bitkilər, çoxillik
bitkilərdən aqava, bambuk və palmanın bəzi növləri M.b.-ə aiddir.
MONOKLİMAKS KONSEPSİYASI – bu konsepsiyaya görə
istənilən təbii zonada yalnız bir klimaks mümkündür, onun
istiqamətində yavaş getsə də bütün qruplaşmalar inkişaf edir.
MONOKULTURA – təsərrüfatda becərilən yeganə kənd təsərrüfatı
bitkisi; bir tarlada eyni bitkinin və ya eyni növün növbəli əkin sistemi
nəzərə alınmadan uzun müddət (illər boyu) becərilməsi. Bir qayda ola-
raq M. mənfi ekoloji və iqtisadi nəticələrə səbəb olur.
Dostları ilə paylaş: |