MOLEKULYAR BİOLOGİYA (lat. moles – kütləvi Cula –
kiçiltmə şəkilçisi) – bioloji obyekt və sistemləri molekulyar səviyyədə
öyrənməklə həyat fəaliyyəti hadisələrinin təbiətini aydınlaşdıran elm.
İrsiyyət, çoxalma, böyümə, inkişaf, oyanma, qıcıqlanma, enerjinin
çevrilməsi, yaddaş və s. əlamətlərin bioloji vacib molekulların quruluş
və xassələri ilə necə və nə dərəcədə əlaqədar olmasını müəyyən etmək
M.b.-nın başlıca vəzifəsidir. M.b. genetika, biokimya, fiziologiya
elmlərinin ilkin məlumatları əsasında inkişaf tapmış və biofizika, bi-
oüzvi kimya, biokimya ilə əlaqədə olan elm sahəsidir.
Dostları ilə paylaş: |