QəRİb məMMƏdov mahmud xəLİlov


PROLUVİUM  (lat. proluo – yuyub çıxarmaq)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə784/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   780   781   782   783   784   785   786   787   ...   1096
PROLUVİUM  (lat. proluo – yuyub çıxarmaq)  – Dağ 

yamaclarından aşınma məhsullarının müvəqqəti su axınları vasitəsi ilə 

gətirilən və dağın  ətəyi boyunca yığılan kövrək çöküntülər. Gətirmə 

konusları yaradır. 



PROPOLİS – arı yapışqanı – arıların bitkilərin tər tumurcuqlarından 

hasil etdikləri və səbətin (pətəyin) ağzına yığdıqları yaşılımtıl sarı və ya 

qonur rəngli yumşaq qətranlı yapışqanlı maddə. 

PROSENOZ  – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma (Su-

kaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 

1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 

1963) – orqanizmlərin birgə  məskunlaşmasının qeyri sabit davamsız 

forması, biosenozun təşəkkül və ya sönmə fazası. Prosenozun başlanğıc 

mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, 

onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez 

inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və 

vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. 

Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. 

1. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir 

neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı  hər il 

kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. 

2. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir 




 

363 


 

neçə ekobiomorfa aiddir. 



PROTEİDLƏR – zülalların digər maddələrlə birləşməsi nəticəsində 

alınmış mürəkkəb zülallar. 



PROTEİN Sadə zülallar, yalnız amin turşularından ibarətdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   780   781   782   783   784   785   786   787   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin