AZTULLANTILI İSTEHSAL – az miqdar tullantılı optimal
sənaye istehsalı. A.İ. ətraf mühitin çirklənmədən mühafizəsinin ən ef-
fektiv və perspektiv formasıdır.
AYSBERQ – qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iri
buz parçaları. Ən iri A. Antarktida və Qrenlandiya buzlaqlarından əmələ
gəlir. A. gəmilər üçün böyük təhlükə yaradır.
AVİOYEMLƏMƏ – Təyyarə və ya vertolyotdan mineral və mi-
krobioloji gübrələrin səpilməsi (verilməsi).
AVİTAMİNOZ – uzun müddət vitaminsiz və ya az vitaminli
yeməklə qidalanma nəticəsində baş verən xəstəlik. Qidada S, V, D və
RR vitaminlərinin çatışmazlığı skorbut, beri-beri, raxit, pellara
xəstəliklərinə səbəb olur. Polivitaminoz (eyni vaxtda bir neçə vitaminin
çatışmazlığı) və hipovitaminoz (qidada vitaminin normadan az olması)
daha çox təsadüf edilir.
Dostları ilə paylaş: |