BAROXORLAR – toxumları öz ağırlıq qüvvəsilə düşərək yayılan
bitkilər.
BAROMETR – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və
metal (aneroid) B.-lər olur. Hipsotermometrlər də B.-lərə aiddir. Mayeli
B.-lərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə
sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir.
BATAQLIQ – yer səthinin izafi rütubətlənərək çürüməmiş üzvi
maddələrin toplandığı sahəsinə deyilir. B. müxtəlif yolla-sututarlarda
suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay
daşqınlarının quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə
yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi (anaerob) gedir.
Azərbaycanda özünəməxsus qamış B.-larına Kürçayı boyu, Lənkəran və
Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast
gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni
basması nəticəsində yeni B.-ların əmələ gəlməsi müşahidə olunur.
Dostları ilə paylaş: |