QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə85/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   81   82   83   84   85   86   87   88   ...   1096
BAKİRƏ MEŞƏ – bax: ilkin bitki örtüyü. 

BAKTERİAL KAĞIZ – gümüş nitratla hopdurulmuş kağız. 

BAKTERİAL TOKSİNLƏR – bakteriyaların  ətraf mühitə 

buraxdığı (eksotoksinlər) və ya mikrob hüceyrələrdə saxladığı 

(endotoksinlər) zəhərli maddələr. 

BAKTERİBENTOS – bentosun tərkibinə daxil olan mikroorqanizm 

populyasiyasının məcmusu. 



BAKTERİOFAQLAR – bakteriyaları  və digər mikroorqanizmləri 

dağıdan bakterial viruslar, faqlar. Onlar bakteriya və s. hüceyrələrin 

daxilində yaşayıb hüceyrəni əridir. 

BAKTERİOLOGİYA – mikrobiologiyanın bakteriyaları  tədqiq 

edən sahəsi. 



BAKTEROLOJİ  SİLAH, BİOLOJİ  SİLAH  – bakteriyaların 

fəaliyyətinə  əsaslanan kütləvi qırım silahı; insan, heyvan və bitkiləri 

kütləvi surətdə yoluxdurmaq və  məhv etmək vasitələrindən biri. B.s. 

təhlükəli yoluxucu xəstəliklər (vəba, taun, qarayara və s.) törədən bakte-

riya, virus və bəzi mikrobların törətdiyi zəhərlə (toksinlərlə) təsir edir. 

BAKTERİOTROFİZM – bitki kökləri və bakteriyalar arasında 

qarşılıqlı faydalı  əlaqə. Bakteriyalar bitkilər tərəfindən mənimsənilən 

müxtəlif qida maddələri, vitaminlər sintez edir (məs. kökyumrulu 

bitkilərdə, paxlalılarda). 



BAKTERİSİDLƏR – mikroorqanizmlərlə mübarizə aparmaq 

məqsədilə  işlədilən kimyəvi maddələr (etil spirti, formalin, bəzi anti-

biotiklər). Bir çox xəstəliklərin müalicəsində, sterilizəsində istifadə olu-

nur. 


BAKTERİOZ – bakteriyaların törətdiyi bitki xəstəlikləri. 

BAKTERİOZLAR – Bakteriyalar vasitəsilə bitki, heyvan və in-

sanda yayılan infeksiya xəstəlikləri. (məs. vərəm xəstəliyi insan və hey-

vanda koxa basillası vasitəsilə yayılır).  İndiyə  qədər 300-ə  qədər 

xəstəlik törədici B. təsvir olunmuşdur. Təbiətdə B. heyvan və bitki 

növlərinin populyasiyalarının sayını nizamlama rolunu oynayır. Lakin 



 

39 


 

onların bəziləri ev heyvanlarına, həmçinin insanın sağlamlığına böyük 

ziyan vurur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin