AVTOTROFLAR, AVTOTROF ORQANİZMLƏR – həyat
fəaliyyəti üçün lazım olan üzvü birləşmələrin fotosintez və hemosintez
nəticəsində qeyri-üzvi birləşmələrindən sintez edən orqanizmlər. A. ali
bitkilərə (parazit və saprofitlərdən başqa, yosunlar və fototrof bakteriya-
lar) aiddir. Xlorofilli ali bitki və yosunlar üzvi maddəni günəş enerjisi
hesabına karbon qazı və sudan, avtotrof bakteriyalar isə bə’zi kimyəvi
reaksiyaların enerjisi hesabına mineral birləşmələrdən sintez edir.
Təbiətdə maddələr dövranında A.-rın rolu olduqca böyükdür.
Dostları ilə paylaş: |