396
4.
Vavilon s.
5.
Qonur s.
6.
Qafqaz s.
7.
Kuznetsov s.
11.
Şişkinli s.
12.
Ağacvari s.
13.
Boz söyüd
14.
Ağ söyüd
15.
Keçi söyüdü
SPEKTRAL ANALİZ (lat. Spectrum - təsəvvüretmə) – maddənin
tərkibinin kəmiyyət və keyfiyyət analizinin fiziki metodu, tədqiq olunan
maddənin spektrlərinin öyrənilməsinə əsaslanır. S.a. sadə, tez olub ona
mürəkkəb hazırlıq və çoxlu miqdarda nümunə tələb olunmur. 10-30 mq
çəkidə olan nümunədə bir çox element təyin etmək olar. S.a.-dən kimya,
astrofizika, metallurgiya və b. sahələrdə geniş istifadə olunur. S.a.-i
1859-cu ildə Q.Kirxhofom və R.Bunzen təklif etmişdir.
SPEKTROFOTOMETRİYA (OBSORBSİON) – spektrin
ultrabənövşəyi, görünən və infraqırmızı hissəlrinə əsaslanaraq maye və
bərk maddələrin fiziki-kimyəvi tədqiqat metodu. Müxtəlif birləşmələrin
(komplekslərin, boyaların, analitik reagentlərin və b.) quruluşunu və
tərkibini, maddələrin kəmiyyət və keyfiyyətini təyin etmək üçün S.-dən
geniş istifadə olunur. S.-da istifadə olunan cihaz spektrofotometr
adlanır.
SPEKTROSKOPİYA – elektromaqnit şüalarının spektrlərini
öyrənən elm sahəsi. Elektromaqnit şüaları dalğalarının uzunluq diapa-
zonuna görə S. ayrılır: radiospektroskopiya, optiki S., infraqırmızı S.,
görünən S., ultrabənövşəyi S., qamma-spektroskopiya. Hər bir atom və
ya molekul xarakterik spektrə malik olur, ona görə də maddələrin
quruluşunu öyrənmək olur.
Dostları ilə paylaş: