SPEKTROZONAL AEROFOTOŞƏKİLÇƏKMƏ – eyni vaxtda
elektromaqnit dalğalarının bir neçə spektral zonasında Yer səthinin
fotoşəklinin çəkilməsi. S.a.-də atmosferin optik əlamətlərini və fəsilləri
nəzərə almaqla spektral parlaqlıq əmsalı məlum olmalıdır. S.a-nın əsas
növü rəngli spektrozonal planalmadır. Spektrozonal aerofotoşəkillərdə
Yer səthinin obyektləri öz rənglərində yox, şərti rənglərdə təsvir edilir.
SPELEOLOGİYA, MAĞARAŞÜNASLIQ – mağaralar haqqında
elmin kompleks biliklər sahəsi; mağaraların mənşəyi, morfologiyası,
mikroiqlimi, oradakı çayları, gölləri, floranı, faunanı, ölmüş heyvanların
izlərini, vaxtilə mağaralarda uzun müddət yaşayan insanların maddi
mədəniyyətini, divar rəsmlərini, heykəltaraşlıq təsvirlərini, həmçinin
Yer altında yaşayan insanların bioloji və fizioloji problemlərini öyrənir.
Dostları ilə paylaş: |