QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə861/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   857   858   859   860   861   862   863   864   ...   1096
SPORLU BİTKİLƏR – Əsasən qeyri cinsi və ya cinsi yolla əmələ 

gəlmiş sporlar vasitəsilə çoxalan və yayılan bitkilər. S.b. bəzən ibtidai 

(yosunlar, bakteriyalar, şibyələr, göbələklər) və ali (mamırlar, plaunlar, 

selaginellalar və s.) qruplara bölünür. Bəzi S.b.-də sporlar əmələ gəlmir; 

belə bitkilərdə çoxalma bitkinin müəyyən hissəsinin ayrılmasilə gedir 

(məs. bir çox şibyələrdə). Toxumlu bitkilər S.b-dən çoxalma və 

yayılmasının toxum vasitəsilə getməsilə fərqlənirlər. 

SPORLULAR (Sporazoa) – parazit ibtidailər sinfi. 2000-dək növü 

var.  İnsanda və müxtəlif heyvanda hüceyrədaxili parazitlərdir. Malya-

riya, piroplazmos və s. xəstəlikləri törədir. 

SPOROGENEZ – Sporəmələgəlmə prosesi; ali və ibtidai bitkilərdə 

reduksion bölünmədə müşahidə edilir. 



SPOR-TOZCUQ ANALİZİ  – müxtəlif çökmə süxurları tipində 

spor və tozcuqların yayılması qanunauyğunluqlarını öyrənmək üçün 

istifadə edilən metodların məcmusu. S.t.a, süxurların yaşını, keçmiş 

geoloji epoxaların bitki örtüyünün və iqlim şəraitinin tarixini öyrənmək 

üçün istifadə edilir. S.t.a. əsasında spor-tozcuq diaqramı qurulur. Bu 

diaqram hər hansı geoloji zamanda həmin yerin bitki örtüyünün ardıcıl 

inkişafını göstərir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   857   858   859   860   861   862   863   864   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin