vam gətirən, günəş işığında yaxşı inkişaf edən bitkilər. S-rə ağac, bir
398
əsaslanan tədqiqatlar. Müşahidələrin bir yerdə aparılması mürəkkəb ci-
hazlardan və müxtəlif metodikadan istifadə etməyə, həm də geniş
yüksək ixtisaslı mütəxəssisləri cəlb etməyə imkan yaradır.
Uzunmüddətli müşahidələr landşaftın və onun komponentlərinin
fəaliyyətini və dinamikasını dərindən təhlil etməyə, ritmik prosesləri
aşkar etməyə imkan verir. Stasionarın ərazisi (poliqon) elə hesabla
seçilməlidir ki, o, kifayət qədər tipik (xarakterik) landşaftın modeli kimi
qəbul edilə bilsin. Belə olduqda stasionarda öyrənilən proseslər bir sıra
oxşar landşaftlar üçün təmsil oluna bilər. Stasionarın ərazisində test
sahələri, profillər də yerləşdirmək olar.
Stasionarda müşahidələr fiziki, kimyəvi və bioloji metodlarla yerinə
yetirilir. Bu dəqiq kəmiyyət xarakteristikası əldə etməyə imkan verir.
S.t. uzun illərdən bəri iqlim, hidroloji, geomorfoloji, bioloji proseslərin
öyrənilməsində istifadə olunur. Son illiklərdə bir rayonda bir sıra
proseslərin geniş əlaqədar tədqiqatları və landşaftın kompleks
tədqiqatları aparılır. Bu istiqamətin inkişafı landşaftın, ekosistemin an-
tropogen təsir nəticəsində dəyişməsi üzrə dəqiq məlumat əldə etməkdir.
S.t. landşaftın fəaliyyətinin və dəyişməsinin emprik riyazi modellərinin
qurulması üçün yaxşı material verir, bu isə landşaftın vəziyyətini
proqnozlaşdırmaq və onun əsasında landşaftqoruyucu tədbirlərin
hazırlanması üçün vacibdir.
Dostları ilə paylaş: