STASİYA (lat. statio - dayanacaq) – 1) populyasiyanın yaşadığı
yer. 2) heyvanın və yaxud heyvan növünün məhdud dövr ərzində, yaxud
da müəyyən funksiya üçün istifadə etdiyi yaşayış yerinin bir hissəsi.
Gündüz, gecə və mövsümi S.-lar, çoxalma, qidalanma, əlverişsiz şəraitə
dözmək və nəhayət şərait pisləşdikdə köçmə S.-rı məlumdur.
STATİSTİK METODLAR (alm. Statistik, ital. stato, son. lat. Sta-
tus - dövlət) – (ekologiyada) – variasion statistika metodlarından ibarət
olub fitosenozu, populyasiyanı, onların məhsuldarlığını ayır-ayrı
hissələrilə öyrənib bütövlükdə tədqiq edilir və əldə olunan nəticələrin
dəqiqlik dərəcəsi qiymətləndirilir. Statistik metodlar digər riyazi metod-
larla, qismən faktor (amil) analizi əlaqələndirir.
Dostları ilə paylaş: |