TƏBİƏTİN ETALONLARI – Təbiətin təbii halda (ilkin
vəziyyətdə) qəbul edilən sahələri. Təbiətdə ilkin, təbii, şərti təbii, təbii-
antropogen sahələrə ayrılır. Bəşəriyyətin təbiətlə qlobal təsirilə əlaqədar
təbiətdə faktiki olaraq ilkin evolyusion-təbii etalonlar qalmamışdır, lakin
T.e.-ə çox yaxın olan sahələr mövcuddur (Antraktidada, Mərkəzi
Qrenlandiyada, yaşayış məntəqələrindən uzaqda yerləşən tropik
meşələr, ilkin tayqa meşəsi və s.).
TƏBİƏTİN DEQRADASİYASI – təbii (zəlzələ, vulkan
püskürməsi, daşqın, sel, yanğın, tufan, qasırğa və s.) və antropogen
(geniş ərazilərdə meşənin məhv edilməsi, su hövzələrinin, atmosferin,
torpağın çirklənməsi, hədsiz mal-qara otarılması, brokonyerlik,
nəzarətsiz ov və s.) səbəblərdən ekoloji müvazinətin pozulması.
TƏBİƏTİN DƏYƏRLİ SƏRVƏTLƏRİ – ərazinin geoloji,
hidroloji, botaniki, zooloji, landşaft və mədəni-tarix xüsusiyyətləri. Bax:
təbii ehtiyatlar.
Dostları ilə paylaş: |