429
TERRAS (frans. terrasse) – Yamaclarda pillə-pillə yerləşən, səthi
üfiqi və ya bir qədər meylli olan relyef forması. T. əsasən suyun eroziya,
abraziya və akkumlyativ fəaliyyəti nəticəsində əmələ gəlir. T.-lar
mənşəyinə görə struktur və akkumlyativ T.-lara bölünür.
Dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq məqsədilə
buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terras-
lar düzlədilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar,
Siyəzən, Dəvəçi, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və
orada badam, püstə, eldar şamı və digər ağac cinslərindən bağlar, meşə
bağlar salınmışdır.
Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni
istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə «tax-
talar»”) yaranmışdır. Hazırda bu terrasların «taxta»” hissəsindən taxıl
əkini, biçənək kimi istifadə edilir. Meylli hissəsində isə çox yerdə təbii
olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Dostları ilə paylaş: