TERATOLOGİYA (yun. teras - eybəcər) – morfogenezin anormal
inkişafı və quruluşu, qismən eybəcərliyi və pozulmanı öyrənən fənn (an-
tropogen mənşəli toksik maddələrin təsiri ilə).
TERİOFAUNA – məməlilər faunası.
TERİOLOGİYA (yun. therion - heyvan) – zoologiyanın
məməliləri tədqiq edən sahəsi.
TERMAL BİTKİ ÖRTÜYÜ – isti temperaturlu bulaqların və
sahillərin bitki örtüyü. T.b.ö.-nün tərkibinə yosunlar, aktinomisetlər,
göbələklər, bəzi ayıdöşəyilər və çiçəkli bitkilər daxildir.
TERMAL SULAR – Yer qabığının 20
°C və daha yüksək tempera-
turlu yeraltı suları. İsti bulaqlar, qeyzer və buxar şırnaqları şəklində
təzahür edir: kimyəvi və qaz tərkibi, minerallaşması müxtəlif olur. T.s.-
dan qədimdən müalicə məqsədi ilə istifadə edilmişdir. T.s. Azərbaycan
Respublikasında Kəlbəcər, Astara, Lənkəran, Masallı, Dəvəçi, Quba
rayonlarında və Abşeron yarımadasında var.
Dostları ilə paylaş: |