TEXNOGEN ZƏLZƏLƏ (süni zəlzələ) – insanın texniki fəaliyyəti
nəticəsində yeraltı zərbələr və yer səthinin kəskin dəyişməsi. T.z.
bilərəkdən, yeraltı nüvə partlayışı zamanı baş verə bilər. Çox vaxt Yer
qabığının dinamik tarazlığı pozulduqda və ayrı-ayrı sahələrə böyük yük
edildikdə (dərin və böyük su anbarı tikdikdə) və ya yük kənar edildikdə
T.z. (yeraltı su, neft, qaz çıxarıldıqda, böyük göllərin səviyyəsi aşağı
düşdükdə) baş verir.
TEXNOGENEZ (yun. Techne - incəsənət) – təbii mühiti dəyişərək
süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun
nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və
daş, qum karxanaları, bəndlər), texnogen landşaftlar (şəhər, sənaye,
kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki
sortları və heyvan cinsləri əmələ gəlir. T. məqsədyönlü aparılaraq
bəşəriyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin
qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan
vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın
kasatlaşmasına, geniş ərazilərin səhralaşmasına, – həyat mühitinin
kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika
artdıqca həyat azalır. XX əsrdə T. genişlənərək yerətrafı kosmosa çata-
raq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. T.-in təsiri
nəticəsində yeni-texnosfer formalaşır.
Dostları ilə paylaş: |