TEXNOGEN DƏYİŞİLMƏ– biosenozun sənayenin bu və ya digər
vasitələrinin təsiri nəticəsində dəyişilməsi-istehsalın tullantıları ilə
çirklənməsi, məs. SO
2
ilə və ya radioaktiv şüalanma ilə, yer səthində
qeyri adi qruntların (süxurların və s.) toplanması. Bu dəyişilmə diqressiv
istiqamətdə gedir. Belə sahələrdə demutasion dəyişilməyə nail olmaq
üçün meliorativ tədbirlərin görülməsi vacibdir.
TEXNOGEN MİQRASİYA – sənaye və kənd təsərrüfatı fəaliyyəti
nəticəsində kimyəvi elementlərin və maddələrin axını. T.m. çox vaxt
təbiətdə maddələr mübadiləsinin normal gedişini (həcmi, sürəti) pozur.
Məs., torpağın çirklənməsi, meşələrin məhv edilməsi. Oksigenin və kar-
bon qazının atmosfer və quruda mübadiləsini azaldır. Odur ki, biosferdə
oksigen axınının müəyyən olunmuş həcmini saxlamaq üçün canlı
maddələri əsas geokimyəvi qüvvə kimi mühafizə etmək lazımdır.
Dostları ilə paylaş: |