TERMOTERAPİYA, İSTİLİK MÜALİCƏSİ – Fizioterapevtik
müalicə üsulu; orqanizmə istilik təsiri göstərən müxtəlif fiziki
vasitələrin müalicə məqsədi ilə titbiqi. Ev şəraitində su və elektrik
isidicilərindən, habelə isidici kompreslərdən, təpitmələrdən istifadə edi-
lir. Tibb müəssisələrində T. parafin, torf, müalicə palçıqları, ezokeriq,
isti qum, yerli və ümumi vannalar, eyni zamanda günəş şüaları, müxtəlif
elektrik və s. vasitələrlə həyata keçirilir.
TERMOTROPİZM – bitki orqanlarının (gövdə, budaq, yarpaq) is-
tilik mənbəyinə (müsbət T) və ya əksinə (mənfi T) doğru əyilməsi.
Dostları ilə paylaş: |