olma temperatur). T. isti bulaqlarda, termal sularda, torpağın üst qatında,
428
torfda, peyində yaşayır. Bəzi aktinomisetlər, göbələklər, yosunlar, bəzi
ayıdöşəyikimilər.
TERMOFİTLƏR – İstilik sevən bitkilər.
TERMOKRENOFİLLƏR – isti qaynaqlarda yaşayan orqanizmlər
(bəzi bakteriyalar, ibtidailər, malyusklar və s.).
TERMOGEN MİKROORQANİZMLƏR – qıcqırma
prosesində
iştirak edən mikroorqanizmlər: bu zaman üzvi substratın oksidləşməsi
gedir və çoxlu miqdarda istilik ayrılır.
TERMOGEN BAKTERİYALAR – böyümə və fəaliyyəti
prosesində özündən ətraf mühitə xeyli istilik (+70-80
°C-dək) ayıran
bakteriyalar. T.b.-a yüksək temperaturda inkişaf edən bakteriyalar aid-
dir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru ot-
da çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50
°C-dən
yüksək temperaturda gedir. T.b. öz mühitinin yanmasına özü «səbəbkar»”
ola bilər.
TERMOMETR – mühitlə bilavasitə təmasda olduğu yerin (sahənin)
temperaturunu ölçmək üçün cihaz. T.-lər XVI – əsrin sonu, XVII əsrin
əvvəlində meydana gəlmişdir. Məqsədlərinə görə müxtəlif termometrlər
– maye, qaz, termoelektrik və bir çox b. mövcuddur.
TERMONASTİYA –temperaturun təsiri altında bitkinin hərəkəti.
Məs. lalənin və zəfəranın çiçəyi temperatur aşağı olduqda qapanır, tem-
peratur çoxaldıqda-açılır: yoncanın yarpaqları hava isti olduqda bir-
birinə yaxınlaşaraq (sıxılaraq) aşağı sallanır, sərin vaxtda isə yarpaqlar
düzələrək normal vəziyyət alır. T. bitkinin ətraf mühitin temperuturunun
dəyişməsinə qarşı adaptiv reaksiyası sayılır.
TERMOSFER –Yer səthindən 80 km-dən 800 km arasında atmosfe-
rin çox seyrək qatı, 200-300 km-ə qədər temperaturun kəskin qalxması
ilə səciyyələnir (1500
°-yə qədər).
TERMOTAKSİS – heyvanların (infuzorlar, həşəratlar və s.)
optimal
temperatur zonasına doğru istiqamətlənmiş (səmtlənmiş) hərəkəti.
Dostları ilə paylaş: