430
onların bir-birilə əlaqəsini və bir-birinə təsirini dəqiq tədqiq etmək
məqsədilə ərazidə etalon kimi seçilmiş sahə. T.s. həm landşaft –
ekspedisiyası tədqiqatları zamanı (birdəfəlik və ya çoxdəfəlik
müşahidələr yolu ilə), həm də stasionar tədqiqatlarında (sistemli
müşahidələr yolu ilə) öyrənilir. Test sahələrində dəqiq proqram əsasında
müşahidələr və ölçü işləri yerinə yetirilir. T.S. sistemi ekoloji
monitorinqin aparılmasında da istifadə olunur.
TƏBİƏT – 1) geniş mənada mövcudat, forma müxtəlifliyi olan
bütün aləm. T. anlayışı bu mənada materiya, universum, kainat
anlayışları ilə bir sırada durur. 2) Dar mənada elm obyekti, daha dəqiq,
təbiətşünaslıq məcmu obyekti. 3) T.-in ən çox işlənən mənası insan
cəmiyyətinin yaşadığı təbii şəraitdir. Bu mənada T. anlayışı insanın
təbiətə olan münasibətində T.-in yeri və rolunu ifadə edir. T. təkcə təbii
şəraiti yox, habelə insanın yaratdığı şəraiti («ikinci» T”) əhatə edir.
İnsanın təbiətə olan münasibətinin real əsası onun fəaliyyətidir, bu
fəaliyyət həmişə T.-də və onun materialı ilə həyata keçirilir. Elm
təbiətin özünün təkrar istehsalını və təbiətdən insanın istifadə etməsini
planlaşdırmaq imkanı yaradır. Nəticədə qlobal idarəetməyə əsaslanan
intensiv münasibət yaranır ki, bu da T.-dən səmərəli istifadənin, T.-in
saxlanması və təkrar istehsalının proqramına əsaslanır. T. getdikcə daha
böyük miqyasda sosial orqanizmin mühüm və məqsədli idarə olunan ün-
sürünə çevrilir.
Dostları ilə paylaş: