TEXNİKİ BİTKİLƏR – Bir neçə qrupa bölünür: nişastalı, şəkərli,
yağlı, efir yağlı və lifli T.b. T.b.-dən ən əhəmiyyətlisi kauçukverən,
quttaperçalı, aşı, boyaq, dərman, narkotik və s. bitkilərdir. Azərbaycan
Respublikasında T.b.-dən kartof, günəbaxan, pambıq, kənaf, tütün,
dərman bitkiləri və s. becərilir.
TEXNİKİ EKOLOGİYA – texnikanın ekosistemlərə təsirini
öyrənən ekologiya elminin bölməsi. T.e. orqanizmlər tərəfindən
binaların, texnikanın pozulmasını (dağılmasını) öyrənir. Məs. ağac
qurğuların ev göbələkləri tərəfindən, bənd, gəmilərin dibinin bioloji
425
çirklənməsi (bitki ilə artma və s.). T.e. həm də ekosistemlərə nəqliyyatın
səs çirklənməsi, və s.-ni öyrənir.
TEXNİKİ SU – içməli, mineral və sənaye sularından başqa, xalq
təsərrüfatında istifadə edilən su.
Dostları ilə paylaş: |