426
hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum məhsul əldə
etməklə təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və enerji
saxlanılsın (pozulmasın), həmçinin ətraf mühitin çirklənməsinə yol
verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov-
Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur.
TEXNOLOJİ ETİKA – insanın istehsal prosesi zamanı ətraf mühitə
tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı
konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı və ya tullantısız tex-
nologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi problemini
effektiv həll etməyə qadirdir.
TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə)
– 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən
texniki vəsaitin bilavasitə və ya vasitəli təsiri ilə biosferin yeni şəklə
salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın
böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi).
TEXNOZOY ERASI – texnogenoz nəticəsində həyat mühitinin ak-
tiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan
növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın
T.e. adlandırılması təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl
başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır.
TEKTONİK GÖL – Yer qabığının yarılması və üfiqi yerdəyişməsi
nəticəsində əmələ gələn göl (məs. Baykal g).
Dostları ilə paylaş: