toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu
444
oliqo – (zəif), poli – (güclü), və mezo – (orta) T.o. ayırd edir.
TOLERANTLIQ (lat. tolerantia - dözümlülük) – Növlərin mühit
şəraitinə ekoloji valentliyi, adaptasiya olunması. Növlər müxtəlif
tolerantlıq evribiontlara (geniş amplitudalı tolerantlığa) bölünür. Yalnız
tolerantlı növlər sabit, xüsusilə klimaks ekosistemlər əmələ gətirir.
TOPOQRAFİK XƏRİTƏLƏR – İri miqyaslı ümumi coğrafi
xəritələr. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi
ilə fərqlənir. T.x. icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topo-
qrafik planlara bölünür: Birinci qrupa 1:1000000, 1:500000, ikinci qru-
pa 1:200000, 1:100000 (hamısı kiçik miqyaslı T.x.), 1:500000, 1:25000
(orta miqyaslı T.x.), 1:10000, 1:5000 (iri miqyaslı T.x.), üçüncü qrupa
1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. T.x-in coğrafi
məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün
obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. T.x-dən xalq
təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur.
Dostları ilə paylaş: