QəRİb məMMƏdov mahmud xəLİlov


TOPONİMİKA (yun. topos – yer və onuma - ad)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə975/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   971   972   973   974   975   976   977   978   ...   1096
TOPONİMİKA (yun. topos – yer və onuma - ad) – coğrafi adları 

(toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma 

arealını öyrənir. Hər bir ərazidəki toponimlərin məcmusu onun 

toponimiyasını  təşkil edir. Azərbaycan toponimiyasının  əsas fondunu 

Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən 

başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və 

monqol  qaydalarının, habelə iber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə 

bağlı toponim layları aşkara çıxarılmışdır. 



TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş 

bitki qalıqlarının toplanmasından  əmələ  gəlir. Element tərkibinin 50-

60%-ini karbon (C) təşkil edir. Rəngi sarı və ya qarayadək dəyişən qo-

nur olur. Torfa tünd rəng verən çürüntüdür. T. üçün təbii yatımda 

yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq 

istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur. 



TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını 


 

445 


 

təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. 

V.V.Dokuçayev torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ 

süxurlarına birgə  təsiri nəticəsində formalaşaraq yer qabığının üst 

yumşaq qatını  əmələ  gətirən xüsusi təbii cisim kimi təyin edir. Dağ 

(ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin 

və hidrosferin uzunmüddətli dərin təsirinə  məruz qalaraq torpağı dağ 

süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   971   972   973   974   975   976   977   978   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin