TORPAQ COĞRAFİYASI – torpaqşünaslığın bölməsi: torpaqların
coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənir. Ümumi və regional
T.c.-na ayrılır. Ümumi T.c. torpaqəmələgətirən amilləri və torpaqların
coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını öyrənir. Regional
T.c. torpaq rayonlaşdırılması ilə əlaqədar məsələlərin həlli və ayrı-ayrı
sahələrin torpaq örtüyünün təsviri ilə məşğuldur.
TORPAQ FONDU – müəyyən ölkənin bütün torpaqlarının
məcmusu.
TORPAQ FONDUNUN MÜLKİYYƏT NÖVLƏRİ – hər bir
dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar
təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid
torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları),
bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi
mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və
bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu
təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və
şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. (cədvəl 1, 2, 3)
Dostları ilə paylaş: |