TOPOQRAFİK PLANALMA – topoqrafik xəritələrin orijinalını
yaratmaq üçün aparılan kompleks işlər. T.p. yerüstü və aerofototopoqra-
fik üsullarla aparılır. Yerüstü T.p. menzula, taxeometrik və fototeodalit
planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc tələb
etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik pla-
nalma ilə yaradılır.
TOPOQRAFİYA (yun. topos – yer və qrafiya) – topoqrafik
xəritələrin yaradılması üçün aparılan planalma metodlarından bəhs edən
elm. Müasir T.-nın əsas metodları aerofotoşəkilçəkmə və kosmik
fotoşəkilçəkmədir (kosmik fotoplanalma).
Dostları ilə paylaş: |