QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə980/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   976   977   978   979   980   981   982   983   ...   1096
TORPAQ SOXULCANI – torpaqda yaşayaraq torpaqəmələgəlmə 

prosesində  və torpağın münbitliyinin formalaşmasında mühüm rol 

oynayır. 

TORPAQ SUYU – torpaqda hərəkəti və bitki üçün əlverişliliyi ilə 

fərqlənən müxtəlif su formaları. A.A.Rode bərk, yumşaq-asılı, sərbəst 

(qravitasiya və kapilyar) və buxarşəkilli (torpaq havasında) su formaları 

ayırır. Bitki üçün yumşaq-asılı  və  sərbəst su daha əlverişlidir. T.s. 

torpaqəmələgəlmə proseslərində böyük əhəmiyyət kəsb edir. 

TORPAQ  ŞƏRAİTİ  – torpağın bitki və heyvanın həyatı üçün 

əhəmiyyət kəsb edən xassələri: mexaniki tərkibi, kimyəvi xassələri, 

torpağın flora və faunasının inkişaf dərəcəsi, rütubətlik, aerasiya və s. 

TORPAQ TİPLƏRİ  – torpaq təsnifatının  əsas taksonomik 

vahidləri. Müasir genetik torpaq təsnifatının  əsasını torpaq profilinin 

quruluşu təşkil edir. Genetik torpaq tipi dedikdə birtipli iqlim şəraitində, 

eyni mənşəli, vahid morfoloji quruluşlu və birtipli ana süxurlar üzərində 

əmələ  gələn torpaq qrupu nəzərdə tutulur. Yer kürəsinin hər yerində 

torpaqəmələgətirən amillər  eyni təsirdə olmadığından ayrı-ayrı 

zonalarda müxtəlif keyfiyyətli və müxtəlif inkişaf səviyyəli T.t.-nə rast 

gəlmək olur. Morfoloji quruluşuna, fiziki, fiziki-kimyəvi xassələrinə 

görə T.t. yarımtipə, növə, növmüxtəlifliyinə bölünür. Azərbaycan 

ərazisində T.t.-nin şaquli zonallığı aydın görünür. Dağ-çəmən, qonur 




 

449 


 

dağ-meşə, qəhvəyi dağ-meşə, qara, dağ  şabalıdı, boz-qonur, boz və s. 

T.t. var. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   976   977   978   979   980   981   982   983   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin