Амин Бабайев, Вцгар Бабайев


Şəkil 26. Torpaqda üzvi maddələrin toplanması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə119/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   115   116   117   118   119   120   121   122   ...   431
Şəkil 26. Torpaqda üzvi maddələrin toplanması 
 
 
Torpağın üzvi maddələrinin təbii-ekoloji  əhəmiyyəti aşağıdakılarla müəyyən 
olunur: 
  Üzvi maddələrin minerallaşması - torpağa bitki orqanizmi tərəfindən 
mənimsənilə bilən biofil elementlərin onların ekoloji tələbatlarına yaxın 
konsentrasiyalarda daxil olmasının birinci dərəcəli mənbəyidir. Müxtəlif qrup 
mikroorqanizmlərin iştirakı ilə minerallaşma prosesi zamanı mürəkkəb üzvi 
birləşmələr sadə kimyəvi maddələrə - suya, karbon qazına, müxtəliv anion və 
kationların duzlarına çevrilir. Minerallaşma prosesində üzvi qalıqların böyük hissəsi 
(80-90%-ə qədər) iştirak edir. Minerallaşma məhsulları torpaq məhlularına keçir və 
böyük dərəcədə bitkilərin qidalanma obyektinə çevrilir, yəni yenidən bioloji dövrana 
daxil olur. Minerallaşmaya humuslu maddələr də məruz qalır, lakin daha çox tədricən 
torpaqda canlı orqanizmlərin mineral azot və fosforla qidalanmasının müntəzəmliyi 
və davamlılığını təmin edir. 
 
Torpağın humuslu maddələri günəş enerjisinin konservantı kimi baxılmalıdır. 
Fotosintez prosesi sayəsində yaşıl bitkilərlə toplanmış saysız-hesabsız qeyri-spesifik 
üzvi birləşmələr sonradan torpağın humus maddələrinə çevrilir. Onun tədricən 
parçalanması sayəsində torpaqların münbitliyi də daxil olmaqla, bir çox torpaq 


 
112
proseslərinin enerji təminatı  həyata keçirilir. Deməli, torpaq humusu konkret 
energetik kalori daşıyıcısı əhəmiyyətinə malikdir. 
 
Humuslu maddələr fizioloji fəallıq xassəsinə malikdir. Müxtəlif torpaqlardan 
götürülmüş fulvoturşular və natrium humatı qeyri-bərabər təsir göstərirlər.  Humatla-
rın stimullaşdırıcı rolu kol bitkilərinin qələm və çiliklərinin becərilməsi praktikasında 
geniş istifadə olunur. Humatların iştirakı onlarda kök sisteminin sürətlə inkişaf etmə-
sini təmin edir. Lakin ayrı-ayrı bitkilərin humatlara olan tələbatı müxtəlif dərəcədə 
səciyyələnir (cəd.22). 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin