AzJESS
2015
Number 2, Volume 1, 2015
MİLLİ STANDARTLAŞDIRMA SİSTEMİNİN QIDA TƏHLÜKƏSIZLİYİNİN TƏMİN
EDILMƏSİNDƏ ROLU: MÖVCUD VƏZİYYƏT VƏ BEYNƏLXALQ TƏCRÜBƏ
Elxan Əvəz oğlu Mikayılov
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı
Xülasə
Hazırda ölkəmizdə milli standartlaşdırma sistemi qida təhlükəsizliyinin təmin
edilməsində aktiv rola malikdir. Ancaq beynəlxalq təcrübədə milli standartlaşdırma sisteminin
qida təhlükəsizliyində roluna fərqli yanaşılır. Odur ki, bu məqalədə milli standartlaşdırma
sisteminin qida təhlükəsizliyi sistemində mövcud rolu və beynəlxalq təcrübə, eləcədə qida
təhlükəsizliyi sistemi qiymətləndirilmiş və təkmilləşdirilməsi ilə bağlı təkliflər verilmişdir.
Açar sözlər: milli standartlaşdırma sistemi, qida təhlükəsizliyi, beynəlxalq təcrübə