2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
87 | Elxan Mikayılov

.

 Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində 

 rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə   



 

 

 

 

 

 

 

 



 

 

 



Qida  təhlükəsizliyi  üzrə  beynəlxalq  tələblər  əsasən  Ümumdünya  Ticarət  Təşkilatının 

Sanitariya və Fitosanitariya Sazişində öz əksin tapır. Odur ki, bu Saziş haqqında qısa məlumat 

verək. 

ÜTT-nin Sanitariya  və Fitosanitariya (SPS) Tədbirlərin Tətbiqi haqqında Sazişi (SPS) 

insan,  heyvan  və  bitki  sağlamlığının  zərərli  xəstəliklərdən  və  yoluxmalardan  qorumaq  üçün 

tətbiq  olunan tədbirləri  müəyyənləşdirir.  Belə  ki,  Saziş  qəbul  edir  ki,  ÜTT-nin  üzv  dövlətləri 

insan, bitki və heyvan həyatını zərərli xəstəliklərdən qorumaq üçün sanitariya  və fitosanitariya 

tədbirləri  tətbiq  etməlidir.  Lakin,  bu  tədbirlərin  tətbiqi  Sazişin  müəyyənləşdirdiyi  qaydalar 

çərçivəsində  olmaqla  beynəlxalq  ticarətə  lazımsız  maneələr  yaratmamalı  və  diskriminasiya  

xarakterli olmamalıdır. Saziş çərçivəsində SPS tədbirlərinin tətbiqi dedikdə aşağıdakılar nəzərdə 

tutulur:  

(a) 


üzv dövlətin ərazisində zərərli orqanizmlərin, pestisidlərin, xəstəlik daşıyıcı və ya 

xəstəlik  törədici  orqanizmlərin  ölkəyə  gətirilməsi,  realizə  edilməsi  və  ya  yayılması 

nəticəsində  ortaya  çıxan  risklərdən    heyvan  və  ya  bitki  həyatı  və  ya  sağlamlığını 

qorumaq;   

(b) 

üzv  dövlətin  ərazisində  qidalarda,  içkilərdə  və  ya  heyvan  yemlərində  yem 



əlavələri,  çirkləndiricilər,  zəhərli  maddələr  və  ya  xəstəlik  törədici  orqanizmlərdən 

yaranan risklərdən insan və ya heyvan sağlamlığını və ya həyatını qorumaq;   

(c) 

üzv dövlətin ərazisində heyvanlar, bitkilər və ya  məhsullardan keçən xəstəliklər 



və  ya  zərərli  orqanizmlərin  ölkəyə  gətirilməsi,  realizə  edilməsi  və  ya  yayılmasından 

yaranan xəstəliklərdən insan həyatı və ya sağlamlığını qorumaq  

(d) 

üzv dövlətin ərazisində zərərli orqanizmlərin ölkəyə gətirilməsi, baş verməsi və 



ya yayılmasından yaranan digər zərərin qarşısının alınması və ya məhdudlaşdırılması. 

   Yuxarıda qeyd etdiyimiz kimi bu tədbirlərinin məqsədi insan, bitki və heyvanların sağlamlığı 

və həyatını qorumaqdır və daha konkret olaraq aşağıdakıları əhatə edir: 

-

 



insan  sağlamlığı:  qida  qəbulundan,  heyvan  xəstəlikləri  və  ya  zərərli 

orqanizmlərdən yaranan təhlükə

-

 

heyvan sağlamlığı: qida qəbulu və ya heyvan xəstəliklərindən yaranan təhlükə 



(zərərli orqanizmlər daxil olmaqla bütün məzmunlu və mənbələr) 

-

 



bitki  sağlamlığı:  zərərli  orqanizmlərdən  yaranan  təhlükə  (xəstəliklər  daxil 

olmaqla bütün mənbələr) 

-

 

ətraf mühitə zərər: zərərli orqanizmlərin ölkəyə gətirilməsi, baş verməsi və  ya 



yayılmasından yaranan təhlükə. 

    SPS  tədbirlərinin  obyekti  olan  mallar  üçün  konkret  SPS  tələblərini  təsdiq  edən  sanitariya, 

baytarlıq  və  ya  fitosanitariya  sertifikatı  tələb  oluna  bilər.  Sertifikatlar  yalnız  məhsulların 

təhlükəsizliyini  təsdiq  edir  və  digər  məqsədlər  üçün  istifadə  olunmaya  bilər.  ÜTT-nin  milli 

standartlaşdırma  sistemi  və  məhsulların  təhlükəsizliyi  ilə  əlaqəli  digər  bir  sazişi  Ticarətdə 

Texniki  Maneələr  haqqında  Sazişdir.  Ancaq  bu  sazişin  predmeti  SPS  Sazişinin  predmetindən 

fərqlidir. Bu fərqin nədən ibarət olduğun aydınlaşdıraq. Qısa ifadə ilə desək SPS Sazişi ərzaq 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                           Number 2, Volume 1, 2015 

 

 



 

 


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin