94 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
standartları milli standart kimi deyil, sanitariya norma və qaydaları kimi qəbul edilməlidir və bu
işə əsas cavabdehliyi Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri daşımalıdır. Bu eyni zamanda
artıq milli standart kimi qəbul edilmiş Kodeks standartlarının da yenidən sanitariya norma və
qaydaları kimi qəbul edilməsi deməkdir.
Odur ki, yuxarıda sadalanan problemlərin həll edilməsi üçün bir çox islahatlar
aparılmalıdır. İlk növbədə ÜTT-nin tələblərin yerinə yetirilməsi üçün standartların tərkibindən
yeyinti məhsullarının tərkibinə dair sanitariya və fitosanitariya tələbləri çıxarılmalı və onlar
ÜTT-nin Sanitariya və Fitosanitariya Sazişinin tələblərinə əsasən hazırlanmış sanitariya və
fitosanitariya norma və qaydalarına daxil edilməlidir. Və sanitariya normalar Səhiyyə Nazirliyi,
baytarlıq və fitosanitar normalar isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul və tətbiq
edilməlidir. Digər tərəfdən yeyinti məhsullarına dair uyğunluq sertifikatı ləğv edilməli,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibindən yeyinti
məhsullarının istehsalına nəzarət çıxarılmalıdır. Yeyinti məhsullarının təhlükəsizliyinə
təminatına dair dövlət orqanlarının səlahiyyətlərinə yenidən baxılmalı, təkrarlanmalar aradan
qaldırılmalı və irəlidə qeyd edilən qaydada institutsional islahatlar aparılmalıdır. Ümumilikdə
isə Qida Təhlükəsizliyinə dair hazırlanmış və hazırda Nazirlər Kabinetində olan Dövlət
Proqramı qəbul edilməli və həmin proqram əsasında hər tərəfli islahatlar aparılmalıdır.
Avropa Birliyinin və bəzi MDB dövlətlərinin bazara nəzarət təcrübəsindən qaynaqlanaraq
Azərbaycanda qida təhlükəsizliyi sistemində aşağıdakı islahatların aparılması təklif edilir.
1.
Yeyinti məhsullarının bazarda nəzarəti sahəsində təkrarlanmaların aradan qaldırılması
və vahid nəzarət orqanın yaradılması. Belə ki, bu sahədə iki model mümkündür. Birincisi,
Dövlət Baytarlıq Xidmətinin nəzarət səlahiyyətlərinin heyvanlar və onların ətlərinə
nəzarətlə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin səlahiyyətlərinin bitkilər və tərəvəzlərə
nəzarətlə məhdudlaşdırılması və onların bitki və heyvan mənşəli məhsullara nəzarət
funksiyaları ləğv edilməklə bütün yeyinti məhsulların təhlükəsizliyinə nəzarəti Səhiyyə
Nazirliyi yanında Qida Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Xidməti yaratmaqla vahid bir
orqana verilməsidir. Yeyinti məhsullarına dair norma və qaydaların işlənməsi funksiyasının
isə ya Kənd Təsərrüfatı Nazirliyinə, ya da Səhiyyə Nazirliyinə verilməsi məqsədəuyğun
olardı. Eyni zamanda digər dövlət orqanlarının yeyinti məhsullarının təhlükəsizliyinə
nəzarət funksiyaları ləğv edilməlidir. İkinci model isə Nazirlər Kabineti yanında Qida
Təhlükəsziliyinə Nəzarət üzrə Agentlik yaraıla bilər ki, həmin Agentlik qida məhsullarının
təhlükəsizliyinə bütün nəzarət funksiyaların, eləcədə Kənd Təsərrüfatı yanında yaradılan
Dövlət Baytarlıq Xidməti və Fitosanitariya Nəzarəti üzrə Dövlət Xidmətinin uyğun olaraq
heyvanlara və bitkilərin sağlamlığına nəzarət funksiyalarını da həyata keçirə bilər. Bu isə
həmin qurumların ləğv edilməsi də deməkdir. Belə bir model Avropa Birliyinin 7 ölkəsində
və Kanadada mövcuddur.
2.
Təklif olunan Orqanın yaradılması çətin və ya ümkün olmadıqda Səhiyyə və Kənd
təsərrüfatı nazirlikləri arasında səlahiyyətlərin bölüşdürülməsi ilə qismən islahatların
keçirilməsi.
AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
Dostları ilə paylaş: |