93 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
ehtimalı ilə bağlı narahatçılıq vardır. Çünki Rusiya 2012 – ci ildə ÜTT - ə üzv olduqdan
sonra beynəlxalq standartları geniş şəkildə tətbiq edir .
ümumiyyətlə, qida təhlükəsizliyinə nəzarət sisteminin elm əsaslı idarəedilməsinin
aydın mexanizmi yoxdur. Baxmayaraq ki, yeni qanunvericilik riskin nəzərə alınmasını
tələb edir, heç bir mexanizm müəyyən olunmamışdır. Maraqlı tərəflərlə məsləhətləşmə,
şəffaflıq və izləmə imkanı prinsipləri ifadə olunmamışdır.
bir sıra əhəmiyyətli funksiyalar nə cari sistemdə, nə də islahat təkliflərində əhatə
olunmur. Qeyd olunduğu kimi, elmi risk qiymətləndirməsi üçün mexanizmlər yoxdur,
sınaq laboratoriyalarının vahid təyinatı yoxdur, istinad laboratoriyası funksiyaları yoxdur
və qida təhlükəsizliyi vəziyyətinin (pestisidlər, baytarlıq preparatları və ətraf mühit
çikləndiriciləri) monitorinqi aparılmır. Ən böyük boşluq ondan ibarətdir ki, ümumiyyətlə,
qida təhlükəsizliyi sistemi koordinasiya və strateji planlaşdırma olmadan inkişaf etdirilir.
qida təhlükəsizliyinin tənzimləməsi sahəsində çalışan müxtəlif nəzarət orqanlarının
sayının rasionallaşdırılması və orta müddətə işlək institusional çərçivə təmin etmək üçün
mühüm qərarların, vahid orqan yanaşması ilə bağlı uzun müddət verilməmiş strategiya
qərarlarının verilməsinə ehtiyac vardır. Eyni zamanda, laboratoriya sınaqlarının nəzarət
orqanlarından funksional və maliyyə cəhətdən ayrılması həyata keçirilməlidir və onlar
nəzarət orqanlarının deyil, hökumətdə digər bir qurumun mülkiyyətində olmamalıdır.
Nəzarət orqanları rəsmi nəzarət üzrə qida təhlükəsizliyi sınaqlarına aid büdcəni tərtib
etməlidirlər.
Dostları ilə paylaş: |