2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
90 | Elxan Mikayılov

.

 Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində 

 rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə   



 

 

 

 

 

 

 

 



 

 

verilmir. Yeyinti məhsullarına istehsalatda və bazarda nəzarətə gəldikdə isə yenə də bu nəzarət 



qida  təhlükəsizliyi  üzrə  vahid  orqan  tərəfindən  və  ya  səhiyyə  və  kənd  təsərrüfatı  nazirlikləri 

tərəfindən həyata keçirilir. Milil standartlaşdırma sistemi tərəfindən yalnız yeyinti məhsulların 

qablaşdırılması,  markalanması,  daşınması  və  saxlanmasına  nəzarət  edilir,  ancaq 

sertifikatlaşdırma  aparmadan.  Göründüyü  kimi  ölkəmizdə  hər  üç  mərhələ  üzrə  (yeyinti 

məhsullarına  normativ  sənədlərin  hazırlanması,  sertifikatlaşdırılması  və  uyğunluğuna  nəzarət) 

milli  standartlaşdırma  sistemi  qida  təhlükəsizliyində  rola  malikdir  ki,  beynəlxaq  təcrübədə 

bunların  heç  biri  mövcud  deyil.  Beynəlxalq  təcrübənin  daha  aydın  olması  üçün  Avropa 

Birliyinin və ayrı-ayrı ölkələrin təcrübələrinə nəzər salaq.  

 

Avropa  Birliyində  yeyinti  məhsullarına  bazarda  nəzarət  ayrıca  aparılır  və  bunun  üçün 



aidiyyəti  qurumlar  mövcuddur.  Avropa    Birliyində  qida təhlükəsizliyi üzrə  ümumi  bir  qurum 

mövcuddur ki, həmin qurum bütün Birlik üzrə qida təhlükəsizliyinin təmin edilməsinə nəzarət 

və  milli orqanların fəaliyyətin koordinasiya edir. O cümlədən üzv ölkələrin əksəriyyətində də 

qida təhlükəsizliyi sahəsində  vahid orqan yaradılıb. Məsələn, Litvada bir neçə qurum (Dövlət 

Gigiyenik  İnpektoluğu,  Dövlət  Keyfiyyət  İnspektorluğu  və  Dövlət  Baytarlıq  Xidməti)  ləğv 

edilərək birbaşa Nazirlər Kabineti yanında vahid Dövlət Qida və Baytarlıq xidməti yaradıldı ki, 

həmin Xidmət qida məhsullarının təhlükəsizliyinə nəzarət və heyvanlara baytarlıq yoxlamaların 

həyata  keçirir.  Avropa  Birliyinin  7  ölkəsində  baytarlıq  və  fitosanitar  nəzarət  funskiyaları  da 

daixl  olmaqla  qida  təhlükəsizliyi  üzrə  vahid  orqan  mövcuddur.  22  ölkəsində  isə  qida 

təhlükəsizliyi nazirliklər yanında (əsasən Kənd Təsərrüfatı və Səhiyyə Nazirlikləri) yaradılmış 

orqanlar tərəfindən təmin edilir. Birliyə üzv 6 ölkədə isə qida təhlükəsizliyi funksiyaları Səhiyyə 

və Kənd Təsərrüfatı Nazirlikləri arasında bölüşdürülüb. Onu da qeyd edək ki, Avropa Birliyində 

heç  bir  ölkəsində  milli  standartlaşdırma  orqanı  qida  təhlküəsizliyinin  tənzimlənməsində  hər 

hansı bir rola malik deyil [8].  

 

ÜTT-nin  üzvü  olan  və  Avropa  Birlyinə  inteqrasiya  edən  MDB  dövlətlərində  də  oxşar 



islahatlar  həyata  keçirilir.  Belə  ki,  Ukraynada  bazara  nəzarəti  həyata  keçirən  əsas  orqan  yeni 

yaradılmış İstehlakçıların Müdafiəsi üzrə Dövlət İnspektorluğudur. Konkret məhsullara nəzarəti 

isə aidiyyəti sahə nazirlikləri və dövlət orqanları həyata keçirir.  

Ukraynada  yeyinti  məhsullarının  təhlükəsizliyi  sahəsində  tənzimləyici  funksiyaların  Kənd 

Təsərrüfatı Nazirliyi və nəzarət funksiyalarının yeni yaradılmış Dövlət Baytarlıq və Fitosanitar 

Xidməti həyata keçirir. Səhiyyə Nazirliyinin tabeliyində olan Dövlət Sanitariya və Epidemioloji 

Xidmətinin  yeyinti  məhsullarının  təhlükəsizliyinə  nəzarət  funksiyalarının  böyük  bir  hissəsi 

2013-cü ilin əvvələrindən Dövlət Baytarlıq və Fitosanitar Xidmətinə ötürülüb [3, s. 11].   

Moldovada bazara nəzarət funksiyalarını yerinə yetirən müxtəlif qurumlar mövcuddur. 

Hər  bir  bazara  nəzarət  qurumunun  nəzarət  etdiyi  məhsullar  siyahısı  vardır.  Məsələn,  Texniki 

Nəzarət  və Riskli Sənaye Məhsulları üzrə Baş İnspektorluq mülki istifadə üçün partlayıcılara, 

Bazara Nəzarət, Metrologiya və İstehlakçıların Qorunması üzrə Baş İnspektorluq aşağı voltajlı 

cihazlara,  isti  su  qaynadıcılarına,  liftlərə,  sənaye  avadanlıqlarına,  oyuncaqlara,  elektromaqnit 

uyğunluğuna,  tibbi  avadanlıqlara,  Sanitar-Epidemioloji  Dövlət  Xidməti  qablaşdırma  və 




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                           Number 2, Volume 1, 2015 

 

 



 

 


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin