Giriş.Məlum olduğu kimi ərzaq təminatında əsasən iki mühüm istiqamət movcudddur.
Bunlardan biri ərzaq təhlükəsizliyi, ikincisi isə qida təhlükəsizliyidir. Ölkəmizin ərzaq
ehtiyatların yetərincə formalaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində
son illər əhəmiyyətli işlər görülməkdədir. Belə ki, ―2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatina dair Dövlət Proqramı‖
çərçivəsində kənd təsərrüfatının inkişafı və etibarlı ərzaq təminatı istiqamətində əhəmiyyətli
işlər görülmüş və demək olar ki, ölkəninin ərzaq təhlükəsizliyi təmin edilmişdir. Ancaq, bu öz
növbəsində ərzaq təminatı istiqamətində ikinci prioritet istiqamət olan yeyinti məhsullarının
təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsini labüd etmişdir.
Bura qida təhlükəsizliyinin təminatı sisteminin ÜTT-nin, Avropa Birliyinin və müvafiq
beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması və məhsulların təhlükəsizliyinin və
keyfiyyətinin yüksəldilməsi daxildir. Qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılması bu sahədə yeni yanaşmanın formalaşmasını və qanunverici və institutsional
bazanın, eləcədə qida məhsulların dövlət nəzarətinin təkmilləşdirilməsini tələb edir. Digər
tərəfdən milli standartlaşdırma sistemi də beynəlxalq tələblərə uyğunlaşdırılmaqdadır. Hazırda
Azərbaycanın milli standartlaşdırma sistemi qida təhlükəsizliyinin təmin edilməsində mühüm
rola malikdir. Ancaq beynəlxalq təcrübə fərqli mənzərəni ortaya qoyur. Odur ki, burada milli
standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təminində oynadığı mövcud rolu və
beynəlxalq təcrübənin tələb etdiyi rolu təhlil edək və beynəlxalq tələblərə uyğun olaraq mövcud
sistemdə aparılmalı olan islahatları təsvir edək.
Dostları ilə paylaş: |